19 fevral 2020, 17:10

Məhruyyə Mərdanovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu günlərdə dünyanın bütün diqqəti Münxen Təhlükəsizlik Konfransında cəmlənmişdi. Həmin konfransın parlaq ulduzu Siz idiniz desəm, yanılmaram. Dünyanın tanınmış liderləri ilə görüşlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etməklə, həm də ölkəmizin işıqlı gələcəyi üçün çalışır, yorulmadan çoxsaylı görüşlər keçirirdiniz.

Həmin konfrans çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə Ermənistanın baş naziri ilə dialoqunuz isə bütün dünyaya Azərbaycanın haqq səsini çatdırdı. Gözəl natiqlik qabiliyyətiniz, dərin biliyiniz, siyasi iradəniz düşməni susdurdu, bizi isə qürurlandırdı.

Sizinlə daim fəxr edirik. Var olun, cənab Prezident.

Dərin hörmətlə,

Mərdanova Məhruyyə Xıdır qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.