19 fevral 2020, 12:40

Rübabə İsmayılovadan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Almaniyanın Münxen səhərində keçirilən debatda Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz dərs heç vaxt unudulmayacaqdır. Bu, bir daha Sizin cəsarətinizdən, vətənpərvərliyinizdən, uzaqgörənliyinizdən xəbər verir, bizdə qürur və sevinc hissi doğurur.

Buna görə bir bacı kimi qeyrətli qardaşıma – Sizə minnətdaram. Ailənizlə birlikdə Sizə üzün ömür, cansağlığı, xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

İsmayılova Rübabə Mirağa qızı

Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun həyat yoldaşı

Azərbaycan Respublikası, Goranboy rayonu, Tap Qaraqoyunlu kəndi.