17 fevral 2020, 19:30

Rəşad Qafarovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağla əlaqədar keçirilən panel müzakirələrdəki çıxışınızla Ermənistanın baş naziri Paşinyanı çətin vəziyyətə salmağınızla bir daha vətənpərvərliyinizi nümayiş etdirdiniz. Şəxsən bununla qürur duydum. Buna görə də bir vətəndaş kimi Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Azərbaycanın bütövlüyü uğrunda apardığınız uğurlu siyasət əvəzedilməzdir. Bir vətəndaş kimi fəxarət hissi ilə bildirmək istəyirəm ki, Siz Azərbaycanımızın çiçəklənməsi üçün çox böyük işlər görürsünüz. “Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərinizlə bütün dünyaya bir daha Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu sübut etdiniz. Mən də ailəmlə bərabər hər zaman Sizin yanınızda olacaq və apardığınız uğurlu siyasətinizi həmişə dəstəkləyəcəyəm.

Allah Sizi qorusun!

Qafarov Rəşad Mübariz oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.