17 fevral 2020, 19:15

Ramiz Balakişiyevdən, Beyləqan, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin Münxen şəhərində Ermənistanın baş naziri Paşinyanla olan uğurlu debatınız məni çox sevindirdi, işğal altında olan torpaqlarımızı Sizin komandanlığınızla düşməndən azad edəcəyimizə, doğma Qarabağımızda bu sevinci birlikdə yaşayacağımıza bir qarabağlı olaraq məni inandırdı. Bu hissləri ifadə etmək çox çətindir. Müdrik çıxışınıza görə Sizə təşəkkür etməyi özümə borc bilirəm.

Xalqımızın xilaskarı olan ulu öndərimiz Heydər Əliyevə inandığımız qədər Sizə də inanırıq, cənab Prezident. Bir daha Sizə minnətdarlığımızı bildirirəm.

Allah Sizə yar olsun!

Dərin ehtiram hissi ilə,

Balakişiyev Ramiz Xanalı oğlu,

Xocavənd rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Beyləqan rayonu.