17 fevral 2020, 18:55

Abdulov Rəşaddan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Bu məktubu yazmağıma səbəb Sizin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə etdiyiniz çıxışınızdır.

Qeyd etmək istəyirəm ki, Azərbaycan və bütün dünya Sizin siyasi qələbənizdən danışır. Həmin gün Siz güclü iradə nümayiş etdirdiniz ki, bu da bizdə Sizin rəhbərliyinizlə qələbəyə inamı artırır.

Azərbaycan xalqı üçün göstərdiyiniz xidmətlərə görə Sizə öz adımdan, ailəm adından və qəlbimdə neçə illərdir Qarabağ dərdi ilə inildəyən vicdanım adından təşəkkürümü bildirirəm.

Böyük hörmətlə,

Abdulov Rəşad Məhərrəm oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.