17 fevral 2020, 18:45

Surə Ağayevadan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident!

Münxen şəhərində Dağlıq Qarabağa dair keçirilən panel müzakirələr zamanı Ermənistan baş naziri Paşinyana verdiyiniz dərs Sizin dünya səviyyəli siyasətçi olduğunuzu bir daha sübut etdi. Sizin səsləndirdiyiniz tarixi inkaredilməz faktlar, sərrast cavablar Azərbaycan xalqına qürur yaşatdı. Paşinyana tarixi yenidən öyrənmək üçün yaxşı əsaslar verdiniz.

Biz Sizinlə fəxr edirik və bundan sonrakı fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Ulu Tanrı tezliklə Sizə Qarabağda, Xankəndidə Azərbaycan xalqı ilə zəfər bayramı keçirməyi qismət etsin.

Dərin hörmətlə,

Ağayeva Surə

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi.