17 fevral 2020, 18:15

Rafiq Abdullayevdən, Beyləqan, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən Sizə bizlərə yaşatdığınız qürur və fəxr hissinə görə minnətdarlıq bildirmək istəyirəm. Siz daim xalqı düşünür, xalq üçün çalışırsınız. Xalq da Sizi sevir, bütün qərarlarınızın arxasında durur.

Sizin beynəlxalq arenalarda səlis çıxışlarınızı dinlədikcə deyirəm: “Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var!” Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə Ermənistanın baş nazirini tutarlı tarixi faktlarla aciz duruma salmağınız hər bir azərbaycanlının ürəyini dağa döndərdi.

Bir daha Sizinlə qürur duyduğumu bildirir, Sizə cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Abdullayev Rafiq Kamil oğlu

Azərbaycan Respublikası, Beyləqan rayonu.