17 fevral 2020, 17:55

Cavidan Əliyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Davos forumunda və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən müzakirələrdə iştirakınızı sevə-sevə izləyərək fərəh və qürur hissi duydum. Ona görə Sizə bu minnətdarlıq məktubunu ünvanlamağı özümə borc bildim.

Məni ən çox narahat edən məsələlərdən biri də ölkəmizin hüdudlarında hələ də satqın və dövlətçiliyimizə müxalif qüvvələrin olmasıdır. Amma Sizin yürütdüyünüz qətiyyətli siyasətin qarşısında onlar heç nə edə bilməz.

Möhtərəm cənab Prezident, hər zaman Sizinləyik və daim Sizi dəstəkləyirik!

Allah Sizi qorusun!

Hörmətlə,

Əliyev Cavidan Məzahir oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Boladı kəndi.