17 fevral 2020, 17:15

Kamal Məmmədovdan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident!

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə təmkinli və tutarlı çıxışınız Ermənistanın baş nazirinə ciddi siyasi zərbə oldu. Nikol Paşinyanın sərsəm fikirlərinə faktlara əsaslanan cavablarınız bütün dünyaya Azərbaycan həqiqətlərini çatdırdı.

Əminik ki, Azərbaycanın imicini yüksəltməyə xidmət edən siyasi bacarığınızla yaxın vaxtlarda torpaqlarımız da işğaldan azad olunacaq. Xalqımız hər zaman Sizin arxanızdadır.

Cənab Prezident, müzakirələri izləyərkən keçirdiyim qürur hissi ölçüyəgəlməzdir. Həmin an Sizi bağrıma basmaq, “Çox sağ ol” demək istədim. Allah Sizi qorusun!

Dərin hörmətlə,

Məmmədov Kamal Süleyman oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.