17 fevral 2020, 16:45

Füzuli İsmayılovdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Bir jurnalist kimi, Sizin Münxen görüşlərinizi diqqətlə izlədim və gərgin iş fəaliyyətinizin şahidinə çevrildim. Ermənistanın baş naziri Paşinyanla panel müzakirədə göstərdiyiniz faktlar, verdiyiniz təmkinli, məntiqli cavablar bir daha sübut etdi ki, Azərbaycan dövləti və onun rəhbəri nəinki Ermənistandan, hətta ona himayə duranlardan qat-qat üstündür, irəlidədir. Sizin Paşinyana verdiyiniz cavablarla onu çıxılmaz vəziyyətə salmağınız bir daha dünya ictimaiyyətinə sübut etdi ki, Azərbaycan istənilən vaxt torpaqlarını Sizin əmrinizlə azad etməyə hazırdır.

Bir ziyalı kimi Sizinlə fəxr edirəm.

Hörmətlə,

İsmayılov Füzuli Əfqan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.