17 fevral 2020, 16:30

Fərqan Kəlbiyevdən, Biləsuvar, Azərbaycan

Möhtərəm cənab Prezident.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə Ermənistanın baş nazirinə verdiyiniz əsaslı cavablar biz sadə vətəndaşlara qürur hissi yaşatdı. Paşinyanın gülünc vəziyyətə düşməsi onun tarixdən, xəritədən və siyasətdən bixəbər olmasını göstərir. Siz bir daha dünya ictimaiyyətinə sübut etdiniz ki, ermənilərin paytaxt hesab etdikləri İrəvan qədim Azərbaycan şəhəridir.

Bir şəhid ailəsi kimi bütün erməni ictimaiyyətinə verdiyiniz dərsdən qürur hissi yaşadıq. Daim ümummilli liderimiz Heydər Əliyevi dəstəkləyən, hazırda isə xəstə olan atam da çıxışınızdan sonra sevincindən rahatlıq tapdı.

Cənab Prezident.

Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı hər zaman Sizi dəstəkləyir. Xalqımız Sizin kimi bir övlad yetişdirən insana – Ulu Öndərə daim minnətdar olacaq. Sizin bir əmrinizlə Vətən torpaqlarını bu nankorlardan təmizləmək üçün döyüş meydanına atılmağa hazırıq.

Allah Sizi qorusun.

Dərin hörmətlə,

Kəlbiyev Fərqan Məmməd oğlu

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Aşağı Cürəli kəndi.