17 fevral 2020, 16:15

Adil Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Münxen şəhərində Ermənistanın baş nazirinə verdiyiniz tutarlı cavablar bütün qarabağlıları, o cümlədən məni qürurlandırdı. Bu müzakirələr ermənilərin haqsız olması ilə yanaşı, zəif xalq, zəif dövlət olduqlarını da göstərdi. Sizin müzakirələrdəki qələbəniz xalqın qələbəsidir. Siz bütün dünyaya göstərdiniz ki, Azərbaycan xalqı istənilən vaxt öz torpaqlarını azad etməyə hazır və qadirdir. Bunu Mübariz İbrahimov, Fərid Əhmədov və Aprel Şəhidlərimiz öz qəhrəmanlıqları ilə sübut etdilər. Biz gənclər də hər zaman Sizin əmrinizi gözləyirik.

Cənab Prezident.

Münxendəki çıxışınızı canlı izləyirdim. Mənə həmin an yaşatdığınız qürur hisslərinə görə Sizə minnətdaram. Sizinlə fəxr edirik, cənab Prezident.

Dərin hörmətlə,

Ağayev Adil Sarvan oğlu

Ağdam rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.