14 fevral 2020, 16:50

Elyura Məmmədova və başqalarından, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin bütün sahələrdə apardığınız islahatlar müsbət dəyişikliklərə gətirib çıxarmışdır. Bütün ölkə əhalisi kimi, zərdablıların da problemlərinin həlli istiqamətində tapşırıqlar verilir, mənfi halların aradan qaldırılması üçün lazımi tədbirlər görülür. Son dövrlərdə rayondaxili yol və səkilərdə abadlıq işləri aparılır. Rayonumuzun mərkəzində yerləşən Həsən bəy Zərdabi adına park tam müasir üslubda yenidən qurulur.

Hörmətli cənab Prezident, rayonumuzda vüsət almış bu işlər sözsüz ki, Sizin tapşırıq və qayğınız sayəsində həyata keçirilir. Bu diqqət və qayğıya görə Zərdab rayonunun mədəniyyət işçiləri adından Sizə minnətdarlığımızı bildirir, Azərbaycanımızın tərəqqisi, xalqımızın rifahı naminə fəaliyyətinizdə Sizə bundan sonra da uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədova Elyura,

Əhmədli Gülüstan,

Əliyeva Sevinc,

İsayeva Şəfayət,

Qəribova Hürü və başqaları (cəmi 30 nəfər).

Azərbaycan Respublikası, Zərdab rayonu.