Tural Azadəliyevdən, Bakı, Azərbaycan
14 fevral 2020, 14:30
Hörmətli cənab Prezident.
Ölkəmizdə uğurla və inamla həyata keçirdiyiniz islahatlar xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sizin və ailə üzvlərinizin daim xalqın yanında olmağınız birliyimizi daha da möhkəmləndirir. Xalqımız da hər zaman Sizin yanınızdadır və Sizin uzaqgörən siyasətinizi dəstəkləyir. Sizin və Mehriban xanım Əliyevanın ölkəmizi və xalqımızı beynəlxalq arenada inamla, cəsarətlə təmsil etməyiniz müstəqil, gündən-günə çiçəklənən Azərbaycanımızın mövqelərinin daha da möhkəmlənməsinə səbəb olur.
Ataların belə bir misalı var: “Ət ilə dırnağın arasına girmək olmaz!”. Sizinlə xalqın arasına nifaq salmaq xainlərin planıdır və bu, heç vaxt alınmayacaqdır. İndi dövlətimizə və Sizə müxalif olanlar vaxt gələcək utanacaqlar. Çünki məhz Sizin və ailənizin sayəsində ölkəmizdə əmin-amanlıq, rifah və firavan həyat hökm sürur.
Ulu Tanrı Sizi Azərbaycanın başı üzərindən əskik etməsin. Sizə təşəkkür edirəm.
Hörmətlə,
Azadəliyev Tural Fədai oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi.