Niyaməddin Həsənov və Fəzail Alıyevdən, Şəmkir, Azərbaycan
14 fevral 2020, 14:15
Möhtərəm cənab Prezident.
Sizin gərgin əməyiniz nəticəsində ölkəmizin qüdrəti getdikcə artır, xalqın güzəranı daha da yaxşılaşır. Başqa rayonlar kimi, Şəmkir də gündən-günə gözəlləşir, burada yeni iş yerləri açılır. Bütün bunlarla yanaşı, özünüməşğulluq proqramı uğurla icra edilir və bu layihələr hamı tərəfindən alqışlanır.
Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində həyata keçirilən tədbirlər Şəmkir rayonunda aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması istiqamətində böyük rol oynayır. Bu məqsədlə biz Şəmkir rayon Məşğulluq Mərkəzinə müraciət etdik. Yaşayış şəraitimiz öyrənildikdən sonra özünüməşğulluq layihəsinə cəlb olunaraq aktivlər, o cümlədən mal-qara və yem ilə təmin edildik. Təsərrüfatla məşğul olmağımız bizim ailə vəziyyətimizin daha da yaxşılaşmasına kömək edəcək.
Bizim üçün yaradılmış imkanlara görə ailələrimizin adından Sizə təşəkkürümüzü, düşünülmüş siyasətinizi bəyənir və dəstəklədiyimizi bildirir, yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Həsənov Niyaməddin
Alıyev Fəzail.
Azərbaycan Respublikası, Şəmkir rayonu, Keçili kəndi.