13 fevral 2020, 11:45

Fərid Məmmədovdan, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Azərbaycan Respublikasının inkişafında çox böyük xidmətləriniz var. Siz hər bir vətəndaşın qeydinə qalır, daim xalqı düşünürsünüz.

Cənab Prezident, Siz Azərbaycanın heç bir bölgəsindən qayğınızı əsirgəmirsiniz. Ağsu rayonu da bu qayğıdan bəhrələnərək sürətlə inkişaf edir. Bütün sahələrdəki inkişaf, aparılan abadlıq-quruculuq işləri həm də yeni iş yerlərinin açılmasına şərait yaradır. Mən də bu yaxınlarda peşə təhsilimə uyğun olaraq işlə təmin olunmuşam.

Əziz Prezidentimiz, Siz Azərbaycanı Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmisiniz. Xalqımız Sizi sevir və ölkədəki sabitliyə, yüksək inkişafa görə Sizə “Çox sağ olun!” deyir. Mən və ailəm Sizə minnətdarlığımızı bildirərək, daim dövlətimizin yanında olduğumuzu bildiririk.

Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Fərid.

Azərbaycan Respublikası, Ağsu rayonu.