12 fevral 2020, 13:15

Zahid İsayev və başqalarından, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Respublikanın şəhər və rayonlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində Sizin təşəbbüsünüzlə həyata keçirilən proqram və layihələr təqdirəlayiqdir.

Goranboy rayonu kənd təsərrüfatı üzrə ixtisaslaşmış rayonlardan biri kimi, hər zaman Sizin diqqətinizdə olmuşdur. “Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında" 2020-ci il 30 yanvar tarixli Sərəncamınız da bunun bariz nümunəsidir. Sərəncama əsasən bizim Qızılhacılı qəsəbəsində 2 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Bu xəbər qəsəbə sakinlərini hədsiz dərəcədə məmnun etmişdir. Əmin ola bilərsiniz ki, bu xeyirxah təşəbbüsünüz sayəsində rayonumuzda kənd təsərrüfatının inkişafına, məhsuldarlığın yüksəlməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına nail olunacaqdır. Buna görə bütün qəsəbə sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

İsayev Zahid Yunis oğlu,

Əliyeva Pakizə Camal qızı,

Eminova Sevda Səməd qızı.

Azərbaycan Respublikası, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi.