12 fevral 2020, 13:00

Seymur Ağayevdən, Siyəzən, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Azərbaycan xalqının rifahının, güzəranının yaxşılaşdırılması üçün əlinizdən gələni edirsiniz. Ölkəmizin hər yerində olduğu kimi, Siyəzən rayonuna da göstərdiyiniz diqqət sayəsində son bir neçə ildə rayonumuzda siyasi sabitlik, sağlam mühit yüksək səviyyədə təmin olunmuşdur. Son dövrlər görülən işlərin nəticəsində gözdən uzaq qalan küçə və dalanlar, baxımsız parklar və xiyabanlar səliqəyə salınmış, hər tərəfdə abadlıq işləri aparılmış, bir sözlə, misli görünməmiş yeniliklər həyata keçirilmişdir. Bu işlər davam etdirilir. Rayonumuzda həyat çiçəklənir, insanların üzü gülür. Görülən işlər bizdə qürur və fərəh hissi yaradır.

Cənab Prezident, rayonumuzda, o cümlədən yaşadığımız Siyəzən şəhərində aparılan geniş tikinti və abadlıq işlərinə görə rayon sakinləri və ailəm adımdan Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Ağayev Seymur Cavanşir oğlu

Azərbaycan Respublikası, Siyəzən rayonu, Siyəzən şəhəri.