11 fevral 2020, 12:15

Mətanət İmanova və başqalarından, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz respublikamızda kənd yollarının müasir tələblərə uyğun yenidən qurulmasında göstərdiyiniz diqqətə və qayğıya görə, həmçinin Göygöl rayonunun Aşıqlı-Köşkü-Üçbulaq kəndlərini birləşdirən avtomobil yolunun asfaltlaşdırılması işinə başlanmasına görə bu kəndlərin bütün əhalisi adından Sizə öz dərin minnətdarlığımızı bildirirk.

Yerli əhali yolun çəkilişinə başlanmasını böyük sevinclə qarşıladı. Yağış və sel suları bu yola ciddi ziyan vurmuşdu, gediş-gəliş çətinləşmişdi. Kəndlərimiz meşə zolağında yerləşdiyindən və gözəl təbiətə sahib olduğundan müasir asfalt yolun çəkilməsi kəndlərə turist axınını daha da gücləndirəcək, bu da əhalinin yaşayış səviyyəsinin daha da yüksəlməsinə səbəb olacaqdır.

Çox sağ olun, cənab Prezident!

Aşıqlı, Köşkü və Üçbulaq kənd sakinləri adından hörmətlə,

İmanova Mətanət Nuru qızı,

Allahverdiyeva Sara Cavanşir qızı,

Mustafayeva Gülsarə Allahverən qızı,

Qənbərova Ağca Əli qızı,

Şəbəndəyeva Zəhra Qabil qızı və başqaları (cəmi 15 nəfər).

Azərbaycan Respublikası, Göygöl rayonu.