11 fevral 2020, 12:00

Xanlıqlar kəndinin sakinlərindən, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Azərbaycanın iqtisadi və siyasi cəhətdən qüdrətlənərək aparıcı dövlətlərlə bir sırada durması, neftdən asılılığın aradan qaldırılması, insanların maddi rifah halının yüksəlməsi Sizin uzaqgörən, uğurlu daxili və xarici siyasətinizin nəticəsidir.

Sizin gərgin əməyiniz nəticəsində ölkəmiz qüdrətini gündən-günə artırır, adamlarımızın güzəranı daha da yaxşılaşır. Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunun da mənzərəsi dəyişib, hər tərəf gözəlləşib. Sevindirici haldır ki, yeni layihələr, abadlıq işləri dayanmır, əksinə, daha vüsətlə inkişaf edir.

Bu günlərdə yaşadığımız Xanlıqlar kənd məktəbinə gedən, həmçinin kəndarası yolların asfaltlaşdırılması sakinlərin, o cümlədən məktəblilərin böyük sevincinə səbəb oldu. İşlərin qısa vaxtda keyfiyyətlə görülməsi də razılıqla qarşılandı.

Cənab Prezident, görülən işlər Sizin vətəndaşların problemlərinin həlli istiqamətində tapşırıqlarınızın bariz nümunəsidir. Vətəndaşlara göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uğurlu və işıqlı gələcək arzulayırıq.

Allah Azərbaycanımızın işıqlı gələcəyi naminə Sizi və ailənizi qorusun!

Hörmətlə,

Hüseynxanova X.,

Həsənova D.,

Qurbanova Ş.,

Babayeva M.,

Məhərrəmova Ş. və başqaları (cəmi 38 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi.