Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

10 fevral 2020, 14:50

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Giorgi Qaxaria Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti və Gürcüstanın Baş Naziri ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

SƏNƏDLƏRSərəncamlar22 fevral 2020
16:35
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis...

22 fevral 2020, 16:35