İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib

04 fevral 2020, 14:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlətimizin başçısına məruzə etdi. O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışdı və bütün bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd etdi.

Prezident İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Vasif Talıbovu təbrik etdi. Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq, prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirdi.

Bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif edilib. Bu gün Prezident İlham Əliyev “Şərəf” ordenini Vasif Talıbova təqdim etdi.

Vasif Talıbov onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

SƏNƏDLƏRSərəncamlar22 fevral 2020
16:35
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis...

22 fevral 2020, 16:35