28 yanvar 2020, 18:00

Vaqif Şadlinskidən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sadə bir müəllimin kiçik əməyini yüksək dəyərləndirərək məni “Şöhrət” ordeninə layiq gördüyünüzə görə Sizə şəxsən öz adımdan və ailəm adından, çoxsaylı Şadlinski ailələri adından minnətdarlığımızı, dərin təşəkkürlərimizi bildirməyi özümə borc hesab edirəm. Şadlinskilər ümummilli lider Heydər Əliyev, bu şəcərədən olan bütün Əliyevçilər ilə həmişə birgə olublar. Bu yenilməz şəcərənin daxili və xarici siyasətini ürəkdən bəyənərək, bu yolda bacardıqları dəstəyi əsirgəməyiblər.

Hesab edirəm ki, mənə verdiyiniz bu yüksək təltif bütövlükdə Azərbaycan Tibb Universitetinin kollektivinin, Azərbaycan morfoloqlarının, anatomlarının əməyinə verilən çox dəyərli, çox yüksək qiymətdir.

Əminliklə deyirəm ki, bütün Şadlinskilər nəsli bundan sonra da daim Sizinlə olacaq, Vətənə, xalqa vicdanla xidmət göstərəcəklər.

Səmimi hörmət və ehtiramla,

Şadlinski Vaqif.

Azərbaycan Respublikası, Bakı şəhəri.