27 yanvar 2020, 12:45

Arif Miriyevdən, Salyan, Azərbaycan

Hörmətli Mehriban xanım.

Siz ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların zəruri tələbatını ödəmək üçün daim öz xeyirxah missiyanızı həyata keçirirsiniz. O cümlədən Çernobıl əlillərinin həyat şəraitini yaxşılaşdırmaq üçün bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğı göstərirsiniz.

Mən də bu diqqət və qayğı ilə əhatə olunanlardan biriyəm. Dövlətimiz tərəfindən mənə hədiyyə edilən avtomobili aldım və buna görə çox sevinirəm.

Bu xeyirxahlığınıza görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Gözəl Vətənimizin inkişafı naminə gördüyünüz uğurlu işlərdə Sizə yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Miriyev Arif Davud oğlu, II qrup Çernobıl əlili.

Azərbaycan Respublikası, Salyan rayonu.