23 yanvar 2020, 12:35

Əvəz Rəsulovdan, Şəki, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mən 1994-cü ildə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi zamanı yaralanaraq I qrup əlil olmuşam. Hərəkət qabiliyyətimi itirmişəm. Sizin qayğınız nəticəsində həm I qrup əlilliyə görə sosial müavinət, həm də Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıram. Qızım ötən il ali məktəbə ödənişli əsaslarla qəbul olunub. Sizin müvafiq Sərəncamınıza uyğun olaraq, o, təhsil haqqından azad edilmişdir.

Bütün bunlar ölkə vətəndaşlarının sosial təminatına böyük diqqət yetirdiyinizin əyani göstəriciləridir. Mənə və övladıma göstərilən dövlət qayğısına görə ailəm adından Sizə təşəkkür edir və Azərbaycanımızın inkişafı üçün məqsədyönlü fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Rəsulov Əvəz Ağa oğlu, I qrup əlil.

Azərbaycan Respublikası, Şəki şəhəri.