21 yanvar 2020, 17:10

Vəfa Kərimova və başqalarından, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin respublikamıza rəhbərliyiniz dövründə böyük inkişaf yolu keçmiş Abşeronumuzun gündən-günə çiçəklənməsi, yol infrastrukturunun yaxşılaşdırılması rayonun hər bir sakinini sevindirir. Çünki yol mədəniyyət, iqtisadiyyat, həyat, rahatlıq deməkdir.

“Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 9 yanvar tarixli Sərəncamınız biz abşeronlulara verdiyiniz böyük dəyərin növbəti təzahürüdür. Buna görə Sizə dərin təşəkkürümüzü bildirir, Vətənimiz Azərbaycanın inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə uğurlar diləyirik.

Hörmətlə,

Kərimova Vəfa Adil qızı,

Mirzəyeva Taliə Həşim qızı,

Ağamalıyeva Kəmalə Mirismayıl qızı,

Heydərova Leyla Mirəli qızı,

İsayeva Aynurə Zakir qızı,

Əliyeva Şahnaz Elman qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu.