18 yanvar 2020, 18:00

Ellada Umudludan, Bakı, Azərbaycan

Əziz Prezidentimiz.

Mən əslən Ağsu rayonunun Rəhimli kəndindənəm. Hərbi jurnalist, Qarabağ müharibəsi veteranıyam. Kəndimizə gedib-gələn zaman çox əziyyət çəkirdim. Avtomobil yolu yararsız vəziyyətdə idi. Bizim doğma Rəhimli kəndi də daxil olmaqla Ağsu rayonunun 9 kəndini əhatə edən avtomobil yolunun çəkilməsi ilə bağlı Sərəncam verməyiniz, maliyyə vəsaiti ayırmağınız ömrümə ömür caladı, ürəyimə təpər verdi.

Əziz Prezidentimiz, mənim kimi yüzlərlə sadə vətəndaşı sevindirdiyiniz üçün Ulu Tanrı həmişə Sizi sevindirsin. Allah Sizi bədxahlardan hifz eləsin, qorusun, Sizi və Vətənimizi hər zaman var eləsin!

Hörmətlə,

Umudlu Ellada Şirin qızı.​​​​​

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.