17 yanvar 2020, 16:05

Xoşbəxt Nəsibovadan, Yevlax, Azərbaycan

Möhtərəm cənab Prezident.

2020-ci ili “Könüllülər ili” elan etdiyinizə görə Sizə şəxsən öz adımdan və çalışdığım məktəbin kollektivi adından təşəkkürümüzü bildirirəm.

Sizin gənc nəslə olan diqqətiniz və etimadınız sayəsində ölkəmizin gəncləri inkişaf etməkdədir. Bugünkü gənclər xoşbəxtdirlər ki, onların ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirakı və öz bacarıqlarını göstərməsi üçün hər bir imkan yaradılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, son illər könüllülər hərəkatının geniş vüsət alması təqdir olunmalı haldır.

2020-ci ilin ölkəmizdə məhz “Könüllülər ili elan edilməsi dövlətimizə və dövlətçiliyimizə könüllü xidmət edən gənclərimizi çox sevindirdi. Bu Sərəncamınızla Siz gənclərə necə böyük dəyər verdiyinizi bildirərək, onların qəlbini bir daha fəth etmiş oldunuz.

Cənab Prezident, Sizə gələcək işlərinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Nəsibova Xoşbəxt.

Azərbaycan Respublikası, Yevlax şəhəri.