Səftər Kərimov və başqalarından, Göygöl, Azərbaycan
Möhtərəm cənab Prezident.
Son illər respublikamızda aparılan genişmiqyaslı tikinti, abadlıq-quruculuq işləri nəticəsində ölkəmiz daha da gözəlləşib, əhalinin rifah halı yaxşılaşıb, ölkəmizin hər bir sahə üzrə inkişafına təkan verilib.
Azərbaycan Respublikasının bütün bölgələrinə göstərdiyiniz sonsuz diqqət və qayğı Göygöl rayonu, o cümlədən yaşadığımız Qızılqaya qəsəbəsində də hiss edilməkdədir. Son dövrlərdə qəsəbə ərazisində abad məhəllələr salınıb, çoxmənzilli binaların dam örtükləri dəyişdirilib, fasad hissələri tam təmir edilib, qəsəbədaxili yollar asfaltlanıb, gecə işıqlandırma sistemi yenilənib, yaşıllıqlar salınıb, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi ücün əyləncə mərkəzi və idman meydançası tikilib. Görülən məqsədyönlü işlər gənclərimizin təhsil, idman sahələrində nailiyyətlər qazanmasına, sağlam ruhda böyüməsinə zəmin yaradıb.
Möhtərəm cənab Prezident, qəsəbəmizin inkişafına göstərdiyiniz sonsuz diqqət və qayğıya görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Kərimov Səftər Elxan oğlu
Hüseynov Ceyhun Əmrah oğlu
Hacıyeva Leyla Səməd qızı
Quluyev Elbai Həmid oğlu
Abbasova Zərifə Kazım qızı.
Azərbaycan Respublikası, Göygöl rayonu, Qızılqaya qəsəbəsi.