16 yanvar 2020, 12:45

Kamil Məhərrəmov və başqalarından, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident.

Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisinə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizin Sərəncamınız əsasında ərsəyə gələn bu işin rayonumuzun mədəni və iqtisadi həyatında rolu böyükdür. Çünki “Abad kənd yolundan bəllidir” deyiblər. Yeni yolun isitifadəyə verilməsi ilə kəndimizə sanki yeni həyatın qədəm qoyduğunu hiss edirik.

Əziz Prezidentimiz, Sizin ölkəmiz üçün gördüyünüz işlərin dəyəri misilsizdir. Bu işlər həm bu günümüz, həm də sabahımız üçün çox önəmlidir. Allah işlərinizi avand eləsin.

Hörmətlə

Məhərrəmov Kamil Məhərrəm oğlu

Əmrahov Turac Allahqulu oğlu

Müslümov İlyas Sədyar oğlu

Fazilov Eldar Fazil oğlu

Mövlamova Zöhrə Xüdbətdin qızı və başqaları (cəmi 13 nəfər).

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Əbilyataq kəndi.