14 yanvar 2020, 19:00

Məmməd Rüstəmov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncamınız bizi çox sevindirdi. Azərbaycan xalqının bu günü, gələcəyi naminə gördüyünüz işlərə, atdığınız addımlara görə bir vətəndaş olaraq şəxsən öz adımızdan və Mingəçevir sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirməyi özümüzə borc hesab edirik.

Möhtərəm cənab Prezident, inanırıq ki, uğurlarınız davamlı olacaqdır. Fürsətdən istifadə edərək Sizi Yeni il münasibətilə təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Rüstəmov Məmməd İzzət oğlu

Hətəmov Kənan Əjdər oğlu

Mayılov Feruz Müzəffər oğlu

Hüseynov Elxan Şükür oğlu

Abbasov Əkbər Abbasqulu oğlu və başqaları (cəmi 12 nəfər).

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.