13 yanvar 2020, 12:30

Nuhəli Kərimovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Pambıqçılıq mövsümünün yekunları ilə bağlı keçirilən müşavirədəki çıxışlara və səslənən fikirlərə diqqətlə qulaq asdım. Saatlı rayonunda suvarma suyunun çatışmazlığına dair məsələyə çox böyük diqqət yetirməyiniz və dərhal lazımi tapşırıqlar verməyiniz rayon ictimaiyyətinin sevincinə səbəb oldu. Sahələrin suvarılması probleminin həlli Saatlının iqtisadi cəhətdən daha da inkişafina səbəb olacaq, zəhmətkeşlərdə yeni həvəs oyadacaqdır.

Cənab Prezident, Azərbaycanımızın bütün bölgələrinə diqqət və qayğı göstərdiyinizin şahidiyik. Eləcə də biz saatlılılara olan diqqətinizə görə Sizə minnətdarıq. Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, həyata keçirdiyiniz faydalı işlərinizə, vətənpərvər və xalqımıza bağlı olduğunuza görə Sizi sevir və dəstəkləyirik. Biz hər zaman Sizin ətrafınızdayıq. Allah Sizi qorusun.

Azadkənd kəndinin sakinləri adından hörmətlə,

Kərimov Nuhəli Qulamhüseyn oğlu, “Azərbaycan fermeri” qəzetinin baş redaktoru.

Azərbaycan Respublikası, Saatlı rayonu.