Arif Qarayev və başqalarından, Ağsu, Azərbaycan
13 yanvar 2020, 12:00
Çox hörmətli cənab Prezident.
Dədə-baba torpaqlarımız erməni təcavüzkarları tərəfindən işğal olunduqdan sonra biz 270-dən çox ailə Ağsu rayonunun Xanbulaq, Hinqar və digər kəndlərində məskunlaşmışıq.
Biz dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşuq. Su, təbii qaz, elektrik enerjisi ilə tam təminatımız yaxşıdır. Bizi narahat edən məsələlərə də həssaslıqla yanaşılır. Belə ki, uzun illər idi kəndlərarası yollar yararsız vəziyyətə düşmüşdü, avtomobillərin gediş-gəlişində böyük problemlər yaşanırdı. Artıq bu məsələ də öz həllini tapıb.
Cənab Prezident, Sizin apardığınız siyasəti bütünlüklə dəstəkləyir, Sizə minnətdarlığımızı bildiririk.
Xanbulaq kənd inzibati ərazi dairəsində məskunlaşmış qaçqın və məcburi köçkün ağsaqqallar və ziyalılar adından hörmətlə,
Qarayev Arif Cəlil oğlu
Kərimov Səxavət Fikrət oğlu
Savalanov Əhliman Savalan oğlu
Kərimov Məhyəddin Gəray oğlu
Əsədov Murad İbrahim oğlu və başqaları (cəmi 16 nəfər).
Azərbaycan Respublikası, Ağsu rayonu, Xanbulaq kəndi.