11 yanvar 2020, 11:00

Buludxan Hüseynovdan, Lerik, Azərbaycan

Əziz və hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial siyasət nəticəsində digər regionlarımızda olduğu kimi, Lerik rayonunda da əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi sahəsində mühüm işlər görülüb. Son dövrlərdə tərəfinizdən həyata keçirilən mühüm sosial islahatlar nəticəsində əməkhaqlarının, pensiya və müavinətlərin məbləğinin artırılması biz leriklilər tərəfindən də böyük sevinclə qarşılandı. Siz hər bir azərbaycan vətəndaşının Prezidenti olduğunuzu əməli işlərinizlə sübut edirsiniz. Biz xoşbəxt xalqıq ki, Sizin kimi dövlət başçımız var. Sizin xalqa bu qədər yaxınlığınız bir Azərbaycan vətəndaşı kimi məni qürurlandırır və fərəhləndirir.

Bütün bunlara görə Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allahdan Sizə uzun ömür, siyasi arenada həmişə qələbələr, uğurlar diləyirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Hüseynov Buludxan İmanxan oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Xanəgah kəndi.