11 yanvar 2020, 10:00

Zülfiyyə Mahmudovadan, Yevlax, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin və Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən birinci Avropa Oyunlarından başlayan könüllülük hərəkatı bu gün ölkəmizdə geniş vüsət alıb. Azərbaycanlı könüllülər ardıcıl keçirilən beynəlxalq səviyyəli yarışlarda və tədbirlərdə Avropa könüllülərinin təcrübələrini dərindən mənimsəyib və gənclər arasında yayıblar.

Sizin Sərəncamınızla 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi könüllülük hərəkatına böyük stimul verəcək, gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətini artıracaqdır.

Hörmətli cənab Prezident, Azərbaycan gəncliyinə göstərdiyiniz diqqət və qayğıya görə Yevlax şəhər 3 nömrəli məktəbin kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanın xoşbəxt gələcəyi üçün həyata keçirdiyiniz fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Mahmudova Zülfiyyə Əli qızı.

Azərbaycan Respublikası, Yevlax şəhəri.