10 yanvar 2020, 16:30

Vəfa Kərimovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Abşeron rayonunun inkişafında müstəsna xidmətləri olub. Ulu Öndərin Abşerona göstərdiyi xüsusi diqqət və qayğı rayonun tarixinin müxtəlif mərhələlərində aparıcı rol oynayıb. Ulu Öndərin layiqli davamçısı olaraq Sizin Abşerona göstərdiyiniz qayğı bir abşeronlu kimi mənə böyük ruh yüksəkliyi bəxş edir.

Xalqın etimadını qazanan, vədinə sadiq lider, hər birimiz Sizinlə qürur duyuruq.

Hörmətlə,

Kərimova Vəfa Adil qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi.