Gülgəz Sahratovadan, Yardımlı, Azərbaycan
Text size
10 yanvar 2020, 15:30
Hörmətli cənab Prezident.
Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ailəmiz adından Sizə dərin təşəkkürümüzü bildirirəm. Müraciətim əsasında mən iş və torpaq sahəsi ilə təmin olunmuşam. Hesab edirəm ki, bu qayğı Sizin şəhid ailələrinə olan münasibətinizin nəticəsidir.
Əziz və dəyərli Prezidentimiz, şəhid ruhuna olan ehtiram Vətənə bəslənən məhəbbətdən irəli gəlir. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Sahratova Gülgəz Özübəy qızı, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Köryədi kəndi.