10 yanvar 2020, 11:00

Həsənağa Babayev və başqalarından, Lənkəran, Azərbaycan

Çox hörmətli cənab Prezident.

İlk növbədə, Sizi və ölkəmizin birinci xanımı Mehriban Əliyevanı yeni 2020-ci il münasibətilə təbrik edir, Sizlərə həyatda ən şirin nemət olan cansağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahının yüksəldilməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətli cənab Prezident, Azərbaycan xalqının qəhrəman oğlu Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyinin qeyd olunması ilə əlaqədar Sərəncamınız bütün Azərbaycan xalqının, o cümlədən cənub bölgəsində yaşayan insanların ürəyindən oldu. Lənkəran rayonunun Gərmətük qəsəbəsinin sakinləri bu Sərəncamı xalqımızın qəhrəman oğlunun xatirəsinə olan yüksək hörmət və ehtiram kimi qiymətləndirir, buna görə Sizə təşəkkürlərini bildirirlər.

Hörmətlə,

Babayev Həsənağa

Əliyev Füzuli

Rzayev Əzizağa.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Gərmətük qəsəbəsi.