09 yanvar 2020, 14:20

Sərhad Məmmədovdan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin həyata keçirdiyiniz uğurlu daxili siyasət nəticəsində ölkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işləri ürəyimizi dağa döndərib. Tam əminliklə və iftixar hissi ilə bildiririk ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün Sizin tərəfinizdən uğurla həyata keçirilir. Azərbaycan iqtsadi və siyasi cəhətdən həm güclü, qüdrətli, həm də nüfuzlu dövlətə çevrilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun 110 illiyi münasibətilə imzaladığınız Sərəncam qəlbimizi iftixar hissi ilə doldurdu. Elimizin qəhrəman oğluna göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Sizi və Mehriban xanım Əliyevanı yeni 2020-ci il münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanımızın tərəqqisi naminə titanik fəaliyyətinizdə Sizlərə yeni-yeni uğurlar arzulayırıq. Biz lənkəranlılar daim Sizinləyik, Sizin daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik.

Hörmətlə,

Məmmədov Sərhad.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.