Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi təbrik edir, Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Azərbaycan dövləti Sizin rəhbərliyinizlə dünyada böyük nüfuz qazanıb. Bu nüfuz məhz Sizin uzaqgörən siyasətiniz və əsl vətənpərvər kimi mövqeyiniz sayəsində mümkün olub.
Ölkənizin qazandığı möhtəşəm uğurlar, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əldə etdiyi müvəffəqiyyətlər münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, gələcəkdə bu təşkilat çərçivəsində daha fəal müzakirələr aparılacaq.
Hörmətlə,
Petre Roman
Rumıniyanın sabiq Baş naziri (1989-1991)