09 yanvar 2020, 13:00

Şükür Mehtiyevdən, Yevlax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə özünün xilasını tapmış xalqımız rahat və firavan həyat yaşamaqdadır. Sizin titanik fəaliyyətiniz sayəsində uca zirvələr fəth edilib, dayanıqlı inkişaf yollarında həyatımız, rifahımız yüksəlməkdədir.

Azərbaycan gəncliyi daha xoşbəxt gələcəyə doğru mətinlə irəliləyir. Bu yola işıq saçan Sizin əvəzsiz fəaliyyətinizdir. Yeni il ərəfəsində 2020-ci ilin “Könüllülər ili” elan edilməsi gənclərə ən böyük hədiyyə oldu. Yeni ildə gənclər həyatın bütün sahələrində daha fəal iştirak etmək imkanı əldə etdilər. Gəncliyin daha yüksək inkişafına diqqət və qayğınıza görə Sizə minnətdarlığımızı bildirir, Tanrıdan ailənizə yeni ildə uğurlar və xoşbəxtlik diləyirik. Yeni iliniz mübarək olsun.

Yevlax şəhər 9 nömrəli məktəbin kollektivi adından böyük hörmət və ehtiramla,

Mehtiyev Şükür İzzət oğlu.

Azərbaycan Respublikası, Yevlax şəhəri.