08 yanvar 2020, 17:05

Cəmilə Şərifovadan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamınıza görə Həzi Aslanovun ev-muzeyinin kollektivi adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.

Siz Azərbaycan tarixində rol oynamış görkəmli şəxsiyyət və sərkərdələrin xidmətlərini hər zaman yüksək qiymətləndirərək, onların xatirələrinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi ilə bağlı mühüm qərarlar qəbul edirsiniz. Həzi Aslanovun şəxsiyyətinə, qəhrəmanlığına verdiyiniz qiymətə görə Sizə minnətdarıq.

Fürsətdən istifadə edərək, Sizi Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə və Mehriban xanım Əliyevaya, ailənizin hər bir üzvünə cansağlığı, uzun ömür, dövlətimizin inkişafı naminə yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Şərifova Cəmilə Əzim qızı.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.