08 yanvar 2020, 14:30

Zərxanım Əhmədovadan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanda dövlət quruculuğu, təhsil, mədəniyyət sahələri ilə bağlı hər il imzaladığınız sərəncamları qarşılayır və həmin sərəncamlardan irəli gələn tədbirlərin iştirakçıları oluruq.

Sizin Sərəncamınızla 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsini də minnətdarlıqla qarşıladıq. Bakıda keçirilmiş Avropa və İslam Həmrəyliyi oyunlarının, eləcə də digər tədbirlərin iştirakçıları və bu münasibətlə ölkəmizə gələn qonaqlar Azərbaycanda könüllülər hərəkatı layihəsinin uğurlu nəticəsinin şahidi oldular. Könüllülər hərəkatı Sizin və Mehriban xanım Əliyevanın böyük zəhmətinin nəticəsi və bəhrəsidir. Bu təşəbbüs gənclərimizin vətənpərvərlik ruhuna, azərbaycançılıq məfkurəsinin təbliğinə və formalaşmasına böyük təkan vermişdir.

Cənab Prezident, tam əminliklə demək olar ki, 2020-ci ildə gənclərimizə yeni yaradıcılıq və ictimai fəaliyyət imkanı yaranacaqdır. “Könüllülər ili” ilə bağlı imzaladığınız Sərəncama görə Yevlax şəhər 5 nömrəli tam orta məktəbin kollektivi adından Sizə minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Əhmədova Zərxanım, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Yevlax şəhəri.