29 dekabr 2019, 12:20

İman Ağayevdən, Xızı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin və Mehriban xanım Əliyevanın diqqətiniz və qayğınız sayəsində ölkəmizdə minlərlə məktəb binası əsaslı təmir olunmuş və ya yeniləri tikilərək əhalinin istifadəsinə verilmişdir. Bu işlər hər bir uşağın təhsil almasına, savadlı olmasına geniş imkanlar açır.

Sizin sərəncamınızla ayrılmış maliyyə vəsaiti hesabına Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi uğurla başa çatdırılmışdır. Bir neçə gün bundan əvvəl dekabrın 26-da möhtəşəm məktəb binasının açılışı oldu. Yeni məktəb binasında yaradılan şəraiti, onun açılışı zamanı yaşanan sevinci görməyə dəyərdi.

Cənab Prezident, Sizə rayon gəncləri və təhsil işçiləri adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Var olun. Nə yaxşı ki, bizim Prezidentimizsiniz.

Hörmətlə,

Ağayev İman Rauz oğlu

Azərbaycan Respublikası, Xızı rayonu, Giləzi qəsəbəsi.