28 dekabr 2019, 11:30

Şahnaz Rüstəmova və başqalarından, Mingəçevir, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan iqtisadi strategiyanın Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmiz sürətlə inkişaf edir. Xüsusilə, 2019-cu ildə aparılan uğurlu sosial-iqtisadi siyasət və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan vətəndaşlarının həyatında müsbət dəyişikliklər müşahidə olunur.

“Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında” 2019-cu il 25 dekabr tarixli Sərəncamınız əhali tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı və bizi çox sevindirdi.

Möhtərəm cənab Prezident, çətin və məsuliyyətli işlərinizdə Sizə uğurlar arzulayırıq. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Rüstəmova Şahnaz Kərim qızı

Abdullayeva Rahilə Şahsevər qızı

Kərimova Qənirə Camal qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.