27 dekabr 2019, 14:00

Tofiq Canalıyev və başqalarından, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Respublikamızda aparılan sosial-iqtisadi siyasət, abadlıq-quruculuq işləri nəticəsində Azərbaycan gündən-günə daha füsunkar görkəm alır, insanların rifah halı yaxşılaşır. Siz bununla ölkə əhalisinin, eləcə də Masallı rayonunun sakinlərinin rəğbətini qazanmısınız.

Vətəndaş-məmur münasibətlərinə göstərdiyiniz diqqətin nəticəsidir ki, biz bu gün dövlət qurumlarının rəhbər şəxslərinin qəbullarında iştirak edir, öz dərd-sərimizi, xahiş və istəklərimizi diqqətə çatdırır, narahatlıq doğuran məsələlərin həllinə nail oluruq.

Rayonumuzda həyata keçirilən ağacəkmə kampaniyasını da vətəndaşlar çox yaxşı qarşıladılar və bu işlərdə özləri də həvəslə iştirak etdilər.

Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi təbrik edirik.

Allah Sizi qorusun.

Hörmətlə,

Canalıyev Tofiq

Həsənov Akif

Gözəlova Rübayə

Fərzəliyev Həmdulla

Quliyev Səyyad

Alışov Bəylər

Rüstəmov Şücaət

Hüseynov Süleyman.

Azərbaycan Respublikası, Masallı rayonu.