27 dekabr 2019, 11:35

Starə Təhməzova və başqalarından, Salyan, Azərbaycan

Hörmətli Mehriban xanım.

Son illərdə Azərbaycanda həyata keçirilən tədbirlər sırasında uşaqlara və məktəblilərə göstərilən yüksək qayğı böyük rəğbətlə qarşılanır.

Hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycanda bu sahədə dövlət səviyyəsində proqramlar və layihələr reallaşdırılır. Dövlət səviyyəsində həyata keçirilən belə layihələrin nəticəsidir ki, son dövrlərdə ölkəmizin hər yerində məktəblər əsaslı şəkildə yenidən qurulur, müasir tələblərə cavab verən təhsil ocaqları tikilir.

Uşaqlara diqqət və qayğı Heydər Əliyev Fondunun da fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Salyan rayon A.Əliyev adına Aşağı Kürkənd tam orta məktəbinin binası 1949-cu ildə inşa olunub və 1951-ci ildə istifadəyə verilib. Bina qəzalı vəziyyətdə olduğundan burada təhsili müasir tələblərə uyğun şəkildə qurmağa imkan yoxdur. Sizin tapşırığınıza əsasən hazırda məktəbimiz üçün yeni binanın tikintisinə başlanılıb. Müasir tələblərə cavab verəcək yeni məktəb binasının inşası Sizin təhsilə yüksək diqqət və qayğınızın təzahürüdür. Məhz buna görə məktəbimizin kollektivi və burada təhsil alan şagirdlərin valideynləri adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Təhməzova Starə Ramız qızı

Kərimov İlkin Malik oğlu

Dadaşova Vüsalə Əlvan qızı

Abbasova Minə Vaqif qızı

Əsədova Gülnar İslam qızı və başqaları (cəmi: 34 nəfər)

Azərbaycan Respublikası, Salyan rayonu.