“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikası medalının təsviri

25 dekabr 2019, 19:55

Azərbaycan Respublikasının 2019-cu il

3 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Səkkizguşəli ulduzun üzərində konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhə üfüqi istiqamətdə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun mina ilə örtülmüşdür.

2.2. Dairənin mərkəzində mina üzərində yer kürəsini əks etdirən meridian və paralellər təsvir olunmuşdur. Yer kürəsinin aşağı hissəsində dəfnə budağı həkk edilmişdir. Bütün elementlər relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir.

3.2. Medalın arxa tərəfinin mərkəzində “DİASPOR FƏALİYYƏTİNDƏ XİDMƏTƏ GÖRƏ” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur. Yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, üzərinə 30 mm x 13 mm ölçülü xara lent çəkilmiş beşbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Qızılı rəngli xara lentin mərkəzində 7 mm enində tünd qırmızı rəngli zolaq, mərkəzdən sol və sağ tərəflərə doğru mərkəzi qırmızı zolaqdan 1,5 mm aralı, hər birinin eni 2 mm olan iki tünd qırmızı rəngli zolaq təsvir edilmişdir. Beşbucaqlı lövhənin aşağı hissəsində qabarıq şəkildə aypara və səkkizguşəli ulduz həkk olunmuşdur.

4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 30 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10