14 dekabr 2019, 13:00

Pərvanə İlyasovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk növbədə, Sizi salamlayıram. Son illər ölkəmizdə baş verən inkişaf hamımızı sevindirir. Biz Azərbaycan Respublikasının vətəndaşları olduğumuza görə qürur duyuruq.

Mən Sumqayıt şəhərində yaşayıram. Buraya 2003-cü ildə köçmüşəm. Son 16 ildə Sumqayıt çox dəyişib. Məhz Sizin diqqət və qayğınız sayəsində şəhərimiz inkişaf edib, daha yaraşıqlı görkəm alıb.

Üç övladım Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsil alır. Sumqayıt məktəblərinə, təhsilə qayğı da göz önündədir. Övladlarımızın təhlükəsiz, rahat şəraitdə yaşamasına, qayğısız böyüməsinə, yaxşı məktəblərdə təhsil almasına görə razıyıq.

Cənab Prezident, Sumqayıta göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımdan və şəhərimizin sakinləri adından Sizə sonsuz minnətdarlığımı bildirirəm. Allahdan Sizə uzun ömür, cansağlığı, məsuliyyətli işinizdə uğurlar diləyirəm.

Dərin hörmətlə,

İlyasova Pərvanə.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.