13 dekabr 2019, 20:05

Məhəmməd Qurbanov və Mirzəxan Qurbanovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə respublikamızda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsil sahəsi də inkişaf edib, onun maddi-texniki bazası möhkəmləndirilib.

Təsadüfi deyil ki, son dövrlərdə bizim Biləsuvar rayonunda yeni, göz oxşayan məktəb binaları inşa edilib, bir çoxu əsaslı təmir olunub və məktəblilərin istifadəsinə verilib. Bu təhsil ocaqları müasir avadanlıqla təchiz edilib. Heydər Əliyev Fondunun bu istiqamətdə xidmətləri misilsizdir.

Cənab Prezident, təhsilin inkişafına göstərilən qayğı və diqqətə görə Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm.

Hörmətlə,

Qurbanov Məhəmməd Hazar oğlu

Qurbanov Mirzəxan Bəhram oğlu.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Əsgərabad kəndi.